“Liverpul” Salaha əvəzləyici tapdı
“Brayton”un hücumçusu Yankuba Minteh karyerasını İngiltərə Premyer Liqasının başqa bir klubunda davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Africa Foot” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Liverpul” 21 yaşlı hücumçunu transfer etməkdə maraqlıdır. “Qırmızılar” Mintehin transferi ilə bağlı ilkin araşdırma aparıb.
O, klubdan ayrılan misirli Məhəmməd Salahın alternativi kimi nəzərdən keçirilir. “Transfermarkt” mütəxəssislərinin fikrincə, hücumçunun bazar dəyəri 40 milyon avrodur.
Mintehin “qağayılar”la hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.
Aut.az
