“Ferrari”nin keçmiş rəhbərindən qınaq: O olan yerdə, Hemiltonu dəvət etməzdim
“Ferrari”nin Formula 1 komandasının keçmiş meneceri Mattia Binotto maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, Mattia komandada Şarl Lekler ola-ola, hazırkı rəhbərliyin Lyuis Hemiltonla müqavilə imzaladığını başa düşmədiyini bildirib:
“Hemiltonu “Ferrari”yə dəvət etməzdim. Amma o, düzgün hərəkət etdi. Onun qərarı ilə razıyam. Niyə dəvət etməzdim? Çünki “Ferrari”də başqa sürücü var”.
Əgər əsas Şarl Lekler kimi istedadınız varsa, o zaman düşünürəm ki, ona əsas məqsədinə çatmaq üçün kömək etmək lazımdır”.
Qeyd edək ki, 7 qat dünya çempionu “Mercedes”i mövsümün sonunda tərk edir və 2025-ci ildən “Ferrari” sürəcək.
Aut.az
