19 yaşlı pilotla anlaşdılar
Formula 2 pilotu Oliver Berman “Haas” ilə müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, 19 yaşlı britaniyalı çoxillik müqavilə imzalayıb. O, 2025-ci ildə “Haas”a keçəcək. Bu barədə Formula 1-in rəsmi saytı məlumat yayıb.
Berman Formula 1-də debütünü Səudiyyə Ərəbistanı Qran Prisində edib. O, “Ferrari”də Karlos Saynzı əvəzləyib və yeddinci olub.
Aut.az
