İspaniya

“Barselona”ya şad xəbər: Zədəsini sağaltdı

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes zədəsini sağaldıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu artıq məşqlərə qayıdıb. “Barsa”nın oktyabrın 20-də La Liqada “Sevilya”ya qarşı növbəti oyununda iştirak etmək ehtimalı var.

Fermin Lopes sentyabrın əvvəlində İspaniyanın gənclər yığmasında olarkən budunun ön əzələsindən zədə almışdı. Lopez bu mövsüm 3 matçda meydana çıxıb.

Aut.az