Klub tapa bilmir – Karyerasını bitirəcək?
“Şalke” və “Liverpul”un keçmiş mərkəz müdafiəçisi Joel Matip karyerasını bitirmək qərarına gəlib.
Aut.az xəbər verir ki, bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
33 yaşlı kamerunlu keçən yay “Liverpul”dan ayrıldıqdan sonra komandasız qalıb. O, 2016-cı ildən mersisaydlılar ın heyətində idi. Bu müddət ərzində o, komanda ilə Çempionlar Liqası və Premyer Liqanın qalibi olub.
Matip Kamerun millisində 27 oyunda 1 qola imza atıb.
Aut.az
