Haaland mesaj verdi: Tezliklə… – FOTO
Norveçli hücumçu Erlin Haaland Millətlər Liqasında Sloveniya ilə matçdan (3:0) sonra ata olacağını açıqlayıb.
Aut.az xəbər verir ki, 24 yaşlı norveçli “X” sosial şəbəkəsində köynəyinin altında topla çəkdirdiyi fotosunu yerləşdirib. Paylaşıma “körpə” və “tezliklə” emojisini əlavə edib.
Haaland bir neçə ildir ki, uşaq futbol akademiyasında tanış olduqları İzabelle Hoqsenq Yohansen ilə görüşür.

