Almaniya

Bütün irsini məhv etdi: Kloppun qərarına reaksiya

Məşhur alman mütəxəssis Yurgen Klopp gözlənilmədən idmana qayıtdı – o,”Red Bull” sistemində qlobal futbol rəhbəri oldu.

Aut.az xəbər verir ki, alman futbol mütəxəssisi Konstantin Ekner bu təyinatı tənqid edib.

“Bir çox media mənsubları və azarkeşlər hesab edir ki, Klopp bu hərəkəti ilə bütün irsini məhv edib.” Red Bull” bir dəfə “Leyptsiq”i aldı və klubu altıncı diviziondan birinciyə yüksəltdi. Amma bu dəfə onlar alman futbolunda çox dəyər verilən qaydalardan yan keçdilər. “Borussiya Dortmund” azarkeşləri xüsusilə əsəbiləşirlər”, – deyə Ekner fikirlərini bölüşüb.

Aut.az