Basketbol

Azərbaycan millilərinin baş məşqçiləri müəyyənləşdi

Azərbaycanın aşağı yaş qruplarından ibarət basketbol millilərinin baş məşqçiləri məlum olub.

Aut.az xəbər verir ki, oğlanlardan ibarət U-12 yığması Vasili Mçedişviliyə həvalə edilib.

Bu millinin B komandasına isə David Tsivtsivadze rəhbərlik edəcək.

U-14-də A komandasında Polad Həsənov və Tahir Baxşıyev, B komandasında Fuad Niftəliyev söz sahibi olacaqlar.

U-16-da isə müvafiq olaraq Alberto Blanko ilə Anar Sarıyev A və B komandalarında işləyəcəklər.