Xəbərdarlıq: Almaniya risk etməsə, onlara qarşı şansı olmayacaq
“Bavariya”nın fəxri prezidenti Uli Hönes Almaniya futbolunda televiziya marketinqindən danışıb.
Aut.az xəbər verir ki, Hönes bu barədə Almaniya mətbuatına açıqlama verib:
“Almaniyadakı problemimiz risk etməməyimizdir. Nə vaxtsa risk etməlisən. Almaniyada vəziyyətin İngiltərə, İspaniya və ya İtaliyadakından daha pis olduğuna inanmaq üçün heç bir əsas yoxdur.
Almaniyada futbola böyük maraq var. Ancaq daha çox klubun beynəlxalq miqyasda rəqabətədavamlı olmasını istəyiriksə, imkanlara açıq olmalıyıq.
Yeni gəlir mənbələri tapmasaq və ya yaratmasaq, Əbu-Dabiyə, Dubaya – indi pullarını futbola yatıran insanlara qarşı şansımız olmayacaq”.
Aut.az
