“Yunayted”də 7 saatlıq müzakirə: Nə qərar verildi?
Çərşənbə günü “Mançester Yunayted”in rəhbərliyi yeddi saat ərzində klubdakı vəziyyəti, o cümlədən məşqçi Erik ten Haqın gələcəyini müzakirə edib.
Aut.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Məşqçi ilə bağlı hələlik konkret qərarın verilmədiyi bildirilir. Daha əvvəl ten Haq, mövsümün əvvəlindəki uğursuz nəticələrə baxmayaraq, müqavilənin 2026-cı ilin yayına qədər uzadılmasından sonra “Mançester Yunayted”in dəstəyini hiss etdiyini bildirmişdi.
Mütəxəssis hazırda millinin oyunları zamanı qısamüddətli məzuniyyətə çıxıb.
Yeddi turdan sonra iki qələbə qazanan və 8 xal toplayan “Mançester Yunayted” 14-cü pillədə qərarlaşıb.
Aut.az
