18 il sonra bunu bacaran tapıldı: 2 qırmızı vərəqə ilə…
La Liqanın 9-cu turunun matçında “Selta Viqo” səfərdə “Las Palmas”a minimal hesabla qalib gəlib.
Aut.az xəvər verir ki, Viqo klubu ikinci hissənin çox hissəsini doqquz nəfər ilə oynamasına baxmayaraq, qalib gələ bilib. 54-cü dəqiqədə İlay Moriba meydandan qovulub, 56-cı dəqiqədə isə Yaqo Aspas qarşısında qırmızı vərəqə görüb.
“Opta”nın məlumatına görə, “Selta” son 18 ildə 60-cı dəqiqədən əvvəl iki futbolçusu qırmızı vərəqə alaraq qələbə qazanan ilk La Liqa klubu olub.
İlk dəfə 2006-cı ilin yanvarında “Rasinq” “Vilyarreal”la matçda da bunu bacarmışdı.
Aut.az
