Salah uğrunda mübarizədə favorit bu klubdur: Ərəblər deyil
PSJ “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahla ciddi maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, parislilər 32 yaşlı futbolçunu azad agent statusu alacağı 2025-ci ilin yayında transfer etmək üçün əsas namizəddir.
Qeyd olunur ki, PSJ ulduz futbolçuya 3 illik müqavilə təklif etməyi planlaşdırır.
2024/25 mövsümündə Məhəmməd Salah klub səviyyəsində 9 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 55 milyon avro qiymətləndirir.
Aut.az
