Kobudluq vardı, amma qırmızı vərəqə yox idi – Qovulmasına reaksiya
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes Premyer Liqanın 6-cı turunun “Tottenhem”lə matçının (0:3) birinci hissəsində hakimin ona səhvən qırmızı vərəqə göstərdiyini düşünür.
Aut.az xəbər verir ki, 41-ci dəqiqədə topu qazanmağa çalışan portuqaliyalı yarımmüdafiəçi yıxılarkən Ceyms Meddisona zərbə vurub. Baş hakim Fernandesi meydandan qovmaq qərarına gəlib.
“Mənim fikrimcə, bu, heç bir halda qırmızı vərəqə deyil. Razıyam ki, bu kobudluqdur. Hakim mənə deməyə çalışdı ki, butsların altı ilə təmas olub. Amma yox, belə deyildi.
Əgər əks hücumu pozduğum üçün mənə sarı vərəqə göstərmək istəyirdisə, razıyam. Amma bundan artıq heç nə yox idi”, – Fernandes “BBC Match of the Day”a bildirib.
Aut.az
