İngiltərə

“Siti”dən daha bir rekord : Ardıcıl 32 oyunda bir komandaya…

Sentyabrın 28-ində İngiltərə Premyer Liqasının 6-cı turunda “Nyukasl” və “Mançester Siti” komandaları qarşılaşıb.

Aut.az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqədə qonaqların xorvatiyalı müdafiəçisi Yoşko Qvardiol  hesabı açıb.

Beləliklə, “Siti” Premyer Liqada keçirdiyi son 32 matçın hər birində “Nyukasl”a qol vurub.

Bu, yarış tarixində bir komandanın digərinə qarşı ən uzun qol seriyasıdır.

Aut.az