La Liqa Vinisiusla bağlı plan quran azarkeşlərin həbsini tələb etdi
La Liqa rəhbərliyi “Real”in futbolçusu Vinisius Juniora qarşı irqçi etiraz aksiyası təşkil etmək istəyən “Atletiko” azarkeşlərinin planına münasibət bildirib.
Aut.az xəbər verir ki, qurum onları qınayıb və dövtlər qurumlarından dərhal həbs edilmələrini tələb edib.
Madrid derbisindən əvvəl “hindular”ın fanatları digər azarkeşləri stadiona maska taxaraq gəlməyə və Vinisiusu təhqir etməyə çağırıblar. Onların fikrincə, maskadan istifadə olunarsa, təşkilatçıları və hüquq-mühafizə orqanları braziliyalıya konkret kimin irqçi təhqirlər səsləndirdiyini müəyyən edə bilməyəcək.
Aut.az
