“Real”ın ulduzundan hakimə: Səviyyən budur, sonra mətbuat konfransında ağlayırsan
Zədəsini sağaldan “Real Madrid” in müdafiəçisi Daniel Karvaxal “Selta” ilə matçın (0:2) hakimini tənqid edib.
Aut.az xəbər verir ki, bununla bağlı ümumilikdə 3 madridli futbolçunu qırmızı vərəqə ilə cəzalandıran hakim Alexandro Kinteronun idarə etdiyi oyunun protokolunda qeyd olunub.
“Digər hadisələr” bölməsində belə deyilir: “Matçın sonunda paltardəyişmə otağına gedən tuneldə olarkən mən oyunçu Daniel Karvaxalı gördüm.
O, idman formasını geyinməmişdi, gündəlik geyimdə idi və mənə bu sözlərlə müraciət etdi: “Sənin səviyyən budur, sonra mətbuat konfransında ağlayırsan”, – matçın hesabatında deyilir.
Aut.az
