“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun təyinatları bəlli olub.
Aut.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək.
