“Yunayted” bosslarının planına baxın: 2028-ci ilə qədər…
“Mançester Yunayted” 2028-ci ilə qədər İngiltərə çempionatını qazanmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, klubun idman direktoru Ömər Berrada bu niyyətləri barədə klubun əməkdaşlarına məlumat verib. Berradanın Çempionlar Liqası uğrunda mübarizədə “qırmızı şeytanlar”ın ambisiyalarını da açıqladığı vurğulanır.
Xatırladaq ki, 2028-ci ildə “Mançester Yunayted”in 150 illik yubileyi keçiriləcək. Klub 1878-ci ildə “Newton Heath” adı ilə yaradılıb. İndiki adı 1902-ci ildə alıb.
Bu mövsüm İngiltərə Premyer Liqasının beş turundan sonra mankunianlılar 7 xal toplayıb və hazırda 11-ci yerdədir. “Mançester Yunayted” sonuncu dəfə 2013-cü ildə Premyer Liqanın qalibi olub.
Aut.az
