Meydanın mərkəzindəki romb: Mbappe zədələndi, “Real” bu sxemə qayıdır
Kilian Mbappe zədələndikdən sonra “Real” ötən mövsüm istifadə etdiyi 4-4-2 sxeminə qayıdacaq.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” meydanın mərkəzindəki romba dönəcək, Luka Modriç start heyətində, Cude Bellinqhem isə on nömrə rolunda çıxış edəcək. Vinisius Junior və Rodriqo hücumçu kimi oynayacaq.
Mbappe La Liqanın 7-ci turunda “Alaves”lə keçirilən oyunda (3:2) zədələnib. Xatırladaq ki, bu oyunda Mbappe 80-ci dəqiqədə qol vuraraq əvəzetmə istəyib.
Yeddi matçdan sonra “Real Madrid” 17 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir.
Aut.az
