İngiltərəİspaniya

Heç bir məbləğə satılmır – “Arsenal” “Real”a cavab verdi

“Real Madrid” London “Arsenal”ının fransız mərkəz müdafiəçisi Uilyam Saliba ilə ciddi maraqlanır.

Aut.az xəbər verir ki, “Football Transfers” portalının məlumatına görə, bu transferi reallaşdırmaq hələ mümkün deyil. “Real Madrid” təmsilçiləri fransalı futbolçunun transferi ilə bağlı artıq “topçular”la əlaqə saxlayıb və rədd cavabı alıblar – londonlular Salibinin heç bir məbləğə satılmadığını bildiriblər.

2023/24 mövsümündə Uilyam Saliba klub səviyyəsində 50 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 80 milyon avro qiymətləndirir.

Aut.az