“Barsa” Ter Ştegenə əvəzləyicini görün harada gözaltı edib
“Barselona”nın idman direktoru Deku zədəli alman qapıçı Mark-Andre ter Ştegeni uzunmüddətli əvəzləmək üçün “Portu” və Portuqaliya millisinin qapıçısı Dioqo Kostanın Kataloniya komandasında olmasını istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Deku uzun müddətdir ki, Kostanı nəzərdən keçirir və oyunçunun agentinin məşhur menecer Xorxe Mendeş olmasında da üstünlük görür .
Xatırladaq ki, La Liqanın 6-cı turun “Vilyarreal”la oyununda (5:1) Ter Ştegenin sağ dizinin vətəri qopub. Müxtəlif media məlumatlarına görə, təxmini sağalma müddəti yeddi aydan doqquz aya qədər ola bilər.
Aut.az
