Qaydasız döyüş

“Netflix” İslam haqda da film çəkir

Amerikanın “Netflix” yayım xidməti yüngül çəkidə UFC çempionu İslam Mahaçev haqqında sənədli film üzərində işləyir.

Aut.az xəbər verir ki, bu barədə onun komanda yoldaşı Əbubəkr Nurməhəmmədov məlumat verib.

“İslam Mahaçev haqqında sənədli film tezliklə “Netflix”də olacaq”, – Əbubəkr sosial şəbəkədə yazıb.

Mahaçeva UFC-də debütünü 2015-ci ilin mayında edib. 2022-ci ilin noyabrında rusiyalı braziliyalı Çarlz Oliveyra ilə döyüşdə yüngül çəkidə vakant titul qazanıb, bundan sonra o, kəməri iki dəfə avstraliyalı Aleks Volkanovski, bir dəfə isə amerikalı Dastin Pore ilə döyüşlərdə müdafiə edib.

Aut.az