O olmasaydı, 2022-ci ildə ÇL-in finalında qalib gələ bilməzdik – Valverde
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasının 1-ci turunda “Ştutqart” üzərində qazanılan qələbə – 3:1 ilə bağlı fikirlərini bölüşüb.
“Biz çox əziyyət çəkdik. Sanki asan oyun olmalı idi, amma Kurtua olmasaydı… Tibo olmasaydı, Parisdə Çempionlar Liqasının finalında qalib gələ bilməzdik”, – deyə Valverdenin sözlərini “Marca” sitat gətirib.
Çempionlar Liqasının 2021/2022 mövsümünün finalında “Real Madrid” “Liverpul”u 1:0 hesabı ilə məğlub edib. Kurtua matçın oyunçusu seçilib.
Aut.az
