İspaniya

Küçədə fanatla dalaşdı: Axırıncı dəfə mənə axmaq deyirsən – VİDEO  

“Barselona”sının müdafiəçisi İniqo Martines küçədə gənc azarkeşlərlə münaqişəyə girib.

Aut.az xəbər verir ki, azarkeşlərdən biri ispan futbolçu ilə ciddi mübahisə edib.

“Axırıncı dəfə mənə axmaq deyirsən, məni eşitdin? Axırıncı dəfə məni təhqir edirsən. Dostun da elədir, keçən dəfə məni təhqir etdi. Məni eşitdin? Sonuncu dəfə məni təhqir etdin”, – deyə Martines azarkeşlə mübahisə zamanı bildirib.

Xatırladaq ki, Martinesin 32 yaşı var. Ötən yay müdafiəçi “Barselona”ya keçib. Onun müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Transfermarkt internet portalı ispan oyunçunun bazar dəyərini 6 milyon avro qiymətləndirir. Bu mövsüm İniqo bütün turnirlərdə 19 matçda iştirak edib.

Aut.az