Ançelotti bu üçlüyün müdafiə qabiliyyətini xırdaladı
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Vinisius, Kilian Mbappe və Rodriqodan ibarət hücum üçlüyünün müdafiə işini yüksək qiymətləndirib.
“Komandanın məqsədi kompakt hərəkət etməkdir. Əgər Vinisius, Mbappe və Rodriqo pressinq etməyə çalışırsa, yarımmüdafiəçilərimiz və müdafiəçilərimiz yuxarı qalxmırsa, problem bu üçlükdə deyil.
Mən demirəm ki, onlar müdafiə üzərində işləməlidirlər, amma hücumla yarımmüdafiə arasındakı fərqi bir az da aradan qaldırmalıyıq.
Başa düşürəm ki, balanssızlığın hücumameyilli oyunçularımızın müdafiədə işləməməsi ilə bağlı olduğunu düşünürsünüz, amma bu belə deyil, çünki mən onlardan yarımmüdafiəçi və müdafiəçi funksiyalarını yerinə yetirməyi tələb etmirəm.
Mən üç müdafiəçi buraxa bilərdim, ona görə ki, bu, tarazlıq adlanır, çünki topla iş var, topsuz iş var”, – “Marca” Ancelottinin sözlərini sitat gətirib.
Aut.az
