İngiltərə

Beyin qanaması keçirən Ferqyuson yaddaşını itirməməsinin sirrini açıqladı

“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, 2018-ci ildə beyin qanaması keçirən şotlandiyalı mütəxəssis yaddaşını qorumaq üçün nələr etdiyi barədə danışıb:

“Xoşbəxtlikdən, mənim kifayət qədər yaxşı yaddaşım var. Allaha dua edirəm ki, belə qalsın.

Mən çoxlu kitab oxuyuram, testlər verirəm və hesab edirəm ki, bu kömək edir, “YouTube”da 100 sualdan ibarət testlər var. 70 faizinə düzgün cavab verməsəm, əsəbiləşirəm”.

Qeyd edək ki, Ferqyuson 2013-cü ildə məşqçi karyerasını başa vurub.

Aut.az