“Bavariya” ingilis klubuna məlumat verdi: Aldım
“Bavaraiya” 22 yaşlı cinah oyunçusu Maykl Oliseni almaq üçün satın alma variantını aktivləşdirdiyi barədə “Kristal Pelas”ı məlumatlandırıb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Mənbəyə görə, “Bavariya” “Kristal Pelas”a 45 milyon funt-sterlinq (53 milyon avro) sabit qonorar və əlavə olaraq 5 milyon funt-sterlinq (5,9 milyon avro) bonus ödəyəcək. İyunun 21-də Münhen klubunun Olise ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı vurğulanır.
Xatırladaq ki, fransalı futbolçu ötən mövsüm İngiltərə çempionatının 19 matçında iştirak edib, 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.
Aut.az
