Basketbol

Əfsanədən Lebronun oğlu ilə bağlı açıqlama: Qohumbazlıq kimi…

Basketbolun “Şöhrət Zalı”nın üzvü və dördqat MBA çempionu Şakil  O’Nil növbəti mövsümü “Los Angeles Lakers”də keçirəcək Lebron Ceymsin böyük oğlu Bronni Ceyms haqqında danışıb.

“Laykers”ə gəlincə, mən Bronniyə görə xoşbəxtəm, o, mənim qardaşım oğlu kimidir. Ona ən yaxşısını arzulayıram və nə qədər çalışdığını bilirəm. Bunun ətrafında həm yaxşı, həm də pis müxtəlif hekayələr var. Ümid edirəm hər şey yaxşı olar.

Onun kimi uşaqlar üçün yeganə çətinlik soyadla bağlıdır. Çox vaxt onlara öz istəklərinə tabe olmaq şansı verilmir. Onlar həmişə bizimlə müqayisə olunacaqlar.

Bronni üçün arzum onun xoşbəxt olmasıdır. Bütün bu qohumbazlıq və sairə kimi söhbətləri xoşlamıram. Fərqi yoxdur, o, artıq komandadadır. Mən onun xoşbəxt olmasını, əla oynamasını və uğurlu olmasını istəyirəm”, O’Nil Yudonis Haslemin podkastı zamanı deyib.

Aut.az