Eyvandan yıxıldı, reanimasiyadadır
Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunun yarımmüdafiəçisi Fəhad əl-Müvəlləd Dubayda fərdi evdə eyvandan yıxılaraq xəstəxanaya yerləşdirilib.
Aut.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçu ikinci mərtəbədə yerləşən eyvandan yıxılıb. Əl-Müvəllənin reanimasiya şöbəsində olduğu qeyd edilir.
Futbolçu 2022-ci ilin avqustundan “Əş-Şabab”da çıxış edir. O, Səudiyyə Ərəbistanı millisinin heyətində 54 oyun keçirib və 13 qol vurub.
