Çempionlar LiqasıDünya futbolu

PSJ-yə ulduzundan şad xəbər: “Arsenal”a qarşı oynaya bilər

PSJ-nin hücumçusu Usman Dembele zədəsini sağaldıb.

Aut.az xəbər verir ki, o, “Arsenal”a qarşı keçiriləcək Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyə hazırlaşır. Bu barədə Paris klubunun baş məşqçisi Luis Enrike məlumat verib.

“Son iki gündə komanda ilə birlikdə məşq edib. Sabah o, bizim üçün istifadəyə hazır olacaq”, – deyə Enrike mətbuat konfransında bildirib.

Qeyd edək ki, Dembele ilk oyunda arxa bud əzələsindən zədə almış və həmin görüşdə komandasının yeganə qolunu vurduqdan sonra meydanı vaxtından əvvəl tərk etmişdi. Zədədən sonra o, komanda ilə ümumi məşqlərdə iştirak etmirdi.

2024/25 mövsümündə Usman PSJ-nin heyətində 45 oyuna çıxaraq 33 qol vurub və 12 məhsuldar ötürmə edib.