İngiltərə

“Arsenal” liderini itirdi

Sentyabrın 15-də Premyer Liqanın 4-cü turunun matçında “Arsenal” səfərdə “Tottenhem”ə 1:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, “topçular” bu oyunda itki ilə üzləşib. Komandanın lideri Bukayo Saka zədələnərək oyunun 86-cı dəqiqəsində əvəzlənib. İngilis qazonda oturaraq matçı davam etdirə bilməyəcəyini anlayaraq başını bulayıb.

Sentyabrın 19-da Çempionlar Liqası matçında “Arsenal” səfərdə “Atalanta” ilə qarşılaşacaq.

Sakanın zədəsinin  ciddi olub-olmadığı barədə məlumat verilmir.

Aut.az