İngiltərə

Salah qol vurduqdan sonra azarkeşlərlə belə şelfi çəkdirdi – FOTO

Məhəmməd  Salah “Tottenhem”ə qol vurduqdan sonra “Liverpul” azarkeşləri ilə selfi çəkdirib.

“Liverpul” Premyer Liqanın 34-cü turunda “Tottenhem”i darmadağın edib (5:1) . Mersisaydlılar sona 4 tur qalmış çempionluğu təmin ediblər.

Salah komandasının dördüncü qoluna imza atıb. Qolu vurduqdan sonra komanda yoldaşları ilə bayram edən misirli daha sonra diz çökərək azarkeşlərə baş əyib.

Bundan sonra hücumçu stadion işçilərindən birinin telefonunu götürərək azarkeşlərlə selfi çəkdirib.

Salah qol vurduqdan sonra azarkeşlərlə belə şelfi çəkdirdi – FOTO

Aut.az