“Real” onun maaşını artırdı: Nə qədər qazanacaq?
“Real”ın qapıçısı Andrey Luninin klubu ilə 2030-cu ilə qədər uzatdığı müqavilənin detalları müəyyənləşib.
Aut.az xəbər verir ki, ukraynalı futbolçunun maaşı artıb. Bu barədə “Defensa Central” məlumat yayıb.
Əvvəllər 25 yaşlı ukraynalı ildə 2,5 milyon avro qazanırdısa, indi o, 4,5 milyon avro məvavib alacaq. Bu, Madrid klubunun əsas qapıçısı Tibo Kurtuanın aldığı maaşın yarısıdır – 9 milyon avro.
Xatırladaq ki, tərəflər arasında müqavilənin uzadılması ilə bağlı sentyabrın 13-də rəsmi məlumat verilib.
25 yaşlı Lunin 2018-ci ildə “Real”ln futbolçusu olub. Ötən mövsüm qapıçı “Los Blankos”un heyətində bütün turnirlərdə 31 oyun keçirib, 12 matçda qapısını təmiz saxlayıb və 32 qol buraxıb. Komandanın İspaniya çempionluğunu və Çempionlar Liqasını qazanmasında pay sahibi olub.
“Transfermarkt”a görə, ukraynalı futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Aut.az
