“Real”ın planı hazırdır: Mbappe bu tarixdə təqdim olunacaq
Hazırda “Real” rəhbərliyi Kilian Mbappenin təqdimat mərasiminin hansı tarixlərdə təşkil edilməsi məsələsini nəzərdən keçirir.
Aut.az xəbər verir ki, təqdimat “kral klubu”nun ev stadionu olan “Santiago Bernabeu”da keçiriləcək.
Bu barədə “Marca” məlumat yayıb. Mənbənin sözlərinə görə, PSJ və ya “Real” iyunun 1-də baş tutacaq Çempionlar Liqasının finalında oynasa, hücumçunun təqdimatı iyunun 3-dən iyunun 6-dək baş tutacaq və o, bundan sonra Fransa yığmasının düşərgəsinə yollancaq.
Nə PSJ, nə də “Real” Çempionlar Liqasının finalına çıxmasa, Mbappenin təqdimatı mayın 30-u və ya 31-də baş tutacaq. Bu günlərdə amerikalı müğənni Teylor Sviftin konsertləri olacağından, futbolçunun mayın 28-i və ya 29-u “Santyaqo Bernabeu”da təqdim oluna bilməyəcəyi vurğulanır.
Aut.az
