İspaniya

“Barselona”da qalmaqal: Yenilənmiş “Kam Nou”da siçovullar gəzir – VİDEO

“Barselona”nın çoxdan gözlənilən yenilənmiş “Kamp Nou”ya qayıdışına sayılı günlər qalıb, lakin azarkeşlər artıq gördüklərindən şoka düşüblər.

Aut.az xəbər verir ki, sosial şəbəkələrdə siçovulların hələ də tamamlanma işləri gedən stadionun daxilində qaçdığını əks etdirən video yayılıb.

Bu, şərh dalğasına səbəb olub, çünki “Barselona” burada ilk oyununu sentyabrın 28-də “Real Sosyedad”a qarşı keçirməli və tezliklə Çempionlar Liqasında PSJ-ni qəbul etməlidir.

Azarkeşlər “Kamp Nou”da yeni oturacaqlardan əvvəl siçovulların peyda olması ilə zarafatlaşır, hətta bəziləri klubun açılışında təkcə xallar üçün deyil, həm də arenanın təmizliyi üçün mübarizə aparmalı olacaqlarını bildirilər.

Aut.az