İspaniya

Şçensnıya görə tarixin ən yaxşı qapıçıları

Voyçex Şçensnı zarafatla özünü tarixin ən yaxşı qapıçıları sırasına daxil edib.

Aut.az xəbər verir ki, “Barselona”nın qapıçısı azarkeşlərin suallarını cavablandıraraq, ən yaxşı 5 qapıçısının adını açıqlayıb.

“Onların adlarını ardıcıllıqla çəkəcəm: Buffon, Lev Yaşin, Manuel Noyer, Petr Çex özünün ən yaxşı çağında… Bəs mən niyə də olmayıb?”, – Voyçex bildirib. Daha sonra polyak qeyd edib ki, o, özünü ciddi şəkildə siyahıya əlavə etmək niyyətində deyil.

Aut.az