Dünya futbolu

UEFA gələn həftə Rusiyaya “yaşıl işıq” yandıracaq?

UEFA-ya üzv olan futbol federasiyalarının prezidentləri və baş katiblərinin görüşündə Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlara buraxılması mövzusunun müzakirəsi planlaşdırılır.

Aut.az xəbər verir ki, bu barədə RFU-nun baş katibi Maksim Mitrofanov məlumat verib..

O, görüşün gələn həftə Fransada baş tutacağını bildirib. Mitrofanov Rusiya ilə yanaşı İsrail məsələsini müzakirə ediləcəyini bildirib.

Xatırladaq ki, 2022-ci ilin martından Ukraynaya həbri hücumla əlaqədar əlaqədar Rusiya klubları və milli komandaları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Aut.az