“Kimsə Ronaldoya təqaüdə çıxmağı məsləhət görməlidir”
“Liverpul”la 5 qat İngiltərə çempionu olan Mark Lorenson “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiani Ronaldo haqqında danışıb.
Aut.az xəbər verir ki, o, 39 yaşlı superulduza futbolçu karyerasını bitirmək barədə düşünməsinin vaxtının yetişdiyini bildirib:
“Kriştiano Ronaldo hələ də Səudiyyə Ərəbistanında qol vurur. O, müqaviləsini yeniləyəcək? Bunun yaxşı təklif olduğuna əmin deyiləm. Düşünürəm ki, bu yerdə onun bir dosta ehtiyacı var. “İnanılmaz bir karyera qurmusan, bu mövsümün sonunda çəkmələrini asıb, insanların səni uğurlarına görə xatırlamasına icazə verərsən?” deməyi bacaran dosta. Statistikasının 6 ayda 6 qola düşməsi xoşuna gəlməyəcək”.
Ronaldo bu mövsüm “Əl-Nəsr”ın heyətində 4 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Həmçinin Millətlər Liqasında Portuqaliya millisinin heyətində 2 dəfə fərqlənib.
Qeyd edək ki, Krişon Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Aut.az
