Basketbol

21 yaşında karyerasını başa vurur?

“Huyston Rokets”in kiçik hücumçusu AJ Qriffin basketbolu tərk etməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə insayder Şəms Çaraniya sosial şəbəkələrdəki səhifələrində məlumat yayıb.

Qriffin həmişəlik idmanı tərk edib-etməyəcəyi və ya bunun müvəqqəti addım olacağı bəlli deyil. Hazırda “Rokets” və oyunçunun özü hadisələrin inkişafı üçün mümkün variantları müzakirə edir.

Qeyd edək ki, Qriffin 2022-ci NBA Draftında “Atlanta Houks” tərəfindən seçilib. Keçən NBA mövsümündə o, 20 müntəzəm mövsüm oyununda iştirak edib və orta hesabla 2,4 xal, 0,9 ribaund və 0,3 asistlə yadda qalıb.

Aut.az