Basketbol

Haqqı dediyi üçün cərimələnən məşqçi: Həqiqət heç kimə lazım deyil

“Miluoki”nin baş məşqçisi Dok Rivers səhvlərini etiraf edən hakimləri tənqid etdiyi üçün NBA-nın onu cərimələməsini şərh edib.

“Bu, çox çətin vəziyyətdir. Bu, bir qıza onun paltarının dəhşətli olduğunu söyləmək kimidir. Bu doğru olsa belə, sonda böyük bəlaya düçar olacaqsınız.

Burada həqiqət heç kimə lazım deyil. Hər kəs nə demək istədiyimi başa düşdü. Bu, mənim cərimə ilə bağlı fikrimdir”, – ESPN Riversdən sitat gətirib.

Qeyd edək ki, Rivers oyundan sonra səhvlərini etiraf edən hakimləri tənqid etdiyi üçün 25 min dollar cərimələnib.

Aut.az