Dünya futbolu

Onları bu ölkədə pulemyotlarla dolu pikaplar müşayiət edib

“İstiklol”un və Tacikistan millisinin qapıçısı, Rüstəm Yatimov Tacikistan millisinin səfərlərindən birində baş verən maraqlı hadisəni xatırladıb.

Aut.az xəbər verir ki, Yatimov bu barədə “Championat”ın müxbiri Aleksandr Yerşovla söhbətində deyib.

Onun sözlərinə görə, İraqda Tacikistandan olan futbolçuları ağır pulemyotlarla dolu pikaplar müşayiət edib.

“İraqda bizi çox xoş qarşıladılar. Bizi iri güllələrlə dolu pulemyotlu üç pikap müşayiət edirdi. Mən həyatımda belə bir şey görməmişdim! Qapıya belə bir güllə dəysə, parça-parça olar”.

Xatırladaq ki, Rüstəm Yatimov 2019-cu ilin yayında Tacikistan millisində debüt edib. Qapıçı millidə 33 oyun keçirib.

Aut.az