Vurduğu qolu Ronaldo kimi qeyd etmək istədi, baha başa gəldi – VİDEO
Braziliyalı futbolçu Kriştiano Ronaldonun üslubunda qolu qeyd etmək qərarına gəldikdən sonra zədələnib.
Aut.az xəbər verir ki, “Qremio Prudente”nin hücumçusu Kesli Paulista kubokunda “Monte Azul”la matçda hesabı bərabərləşdirib və Ronaldonun qol sevincini təkrarlamaq qərarına gəlib.
Amma o, ağır zədələnib və oyunu davam etdirə bilməyib.
Kesli hələlik zədənin dəqiq mahiyyətini bilmədiyini və yaxın günlərdə müayinədən keçəcəyini bildirib.
Aut.az
