İspaniya

Bu gün “Real” onlarsız oynayacaq

Yarımmüdafiəçilər Cud Bellingem və Orelyen Çuameni La Liqanın 5-ci turu çərçivəsində bu gün keçiriləcək “Real Sosyedad”la qarşılaşmada çıxış etməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.

Hər iki futbolçu komanda yoldaşlarından ayrı məşq edib və “San Sebastian”a yollanmayıb.

Eduardo Kamavinqa və Dani Sebalyos eyni səbəbdən görüşlərdə iştirak etməyəcək.

Aut.az