Dünya futbolu

Suares xalqa müraciət etdi

“İnter Mayami”nin hücumçusu Luis Suares Uruqvay millisindəki karyerasını başa vurması ilə bağlı paylaşım edib.

“Bir neçə gündən sonra sizə cümə günü yaşadığım gözəl, bənzərsiz və xüsusi an üçün təşəkkür etmək üçün yazıram. Çünki bu anı ailəmlə birlikdə yaşaya bildim.

Bu, mənim sevdiklərimin, böyüdüyümü görənlərin və məni həqiqətən bir insan kimi tanıyanların əhatəsində yaşadığım mükəmməl vida idi.

Davamlı sevginiz üçün bütün Uruqvay xalqına təşəkkür edirəm. Mən artıq Uruqvay millisinin oyunçusu deyiləm, amma həmişə azarkeş olacağam!” — Suarez sosial şəbəkələrdə yazıb.

Luis Suares 2007-ci ilin fevralında 20 yaşında Uruqvay millisində debüt edib. Ümumilikdə o, millinin heyətində 143 oyun keçirib, 69 qol vurub və 39 məhsuldar ötürmə edib.

Aut.az