Dünya futbolu

Şaqiri milli karyerası ilə bağlı qərarını açıqladı

“Çikaqo”nun hücumçusu Xerdan Şaqiri İsveçrə millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, Şaqiri 32 yaşında milli ilə vidalaşıb. O millidə 125 oyun keçirib və 32 qol vurub.

“Yeddi turnir, çoxlu qollar, İsveçrə millisində 14 il və unudulmaz anlar. Milli komanda ilə vidalaşmağın vaxtıdır. Gözəl xatirələrim var və hamınıza təşəkkür edirəm!”, – deyə təcrübəli futbolçu sosial şəbəkə hesablarında yazıb.

Aut.az