Dünya futbolu

Messinin formasını geyinməsindən danışdı: Əmin deyildim, amma…

Argentina millisinin hücumçusu Paulo Dibala DÇ-2026-nın seçmə mərhələsində Çili ilə keçirilən oyunda (3:0) 10 nömrəli formanı geyinməsindən danışıb.

Xatırladaq ki, 10 nömrəli forma zədə səbəbindən milliyə çağırılmayan Argentina millisinin hücumçusu Lionel Messiyə məxsusdur.

“Biz hamımız bilirik ki, bu forma Leoya məxsusdur. Onu ən yaxşı şəkildə təqdim etməyə çalışdım. Bəzi uşaqlar dedilər ki, geyinməliyəm. Razılaşmalı olduğuma əmin deyildim, amma bu, son dərəcə xoş bir məsuliyyətdir”, -deyə ESPN Dibalanın sözlərindən sitat gətirib.

Matçın 79-cu dəqiqəsində meydana çıxan Dibala 90+1-ci dəqiqədə qol vurub.

Aut.az