62 il sonra ilk dəfə
İtaliya milli komandası Parisdə Millətlər Liqası matçında Fransa yığmasına 3:1 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, fransızlar artıq 14-cü saniyədə hesabı açsalar da, üstünlüklərini qoruya bilməyiblər – 1:3.
Fransa AVRO-2024-ün yarımfinalında son matçında İspaniyaya 1:2 hesabı ilə uduzduğu matçda da, birinci qolu da vurmuşdu. “Opta”nın məlumatına görə, “xoruzlar” 1962-ci ildən bəri ilk dəfə hesabı açdığı ardıcıl iki matçda məğlub olub.
Aut.az
