Formalara imza atır, siqaret və spirt əldə edir
Zorlama ittihamı ilə həbs olunan braziliyalı müdafiəçi Dani Alves həyatını həbsxanada pis qurmayıb.
Aut.az “Servimedia”ya istinadən xəbər verir ki, Alves, həbsxanada hərəkət etmək icazəsi olan məhbuslardan birinin ona verdiyi “Barselona” köynəklərinə həvəslə imza atır.
O, onları digər məhbuslara verir, onlar da köynəkləri ailələrinə göndərirlər. Bunun üçün Alves siqaret və spirt alır.
Əgər bunun Alvesə fayda verdiyi sübut olunarsa, o zaman ona qarşı yeni ittihamlar irəli sürülə bilər. Braziliyalı 2023-cü ilin yanvarından həbsdədir və onu 12 ilə qədər həbs gözləyir.
Aut.az
