İtaliya

Əfsanədən iddia: A seriyasından yalnız o, “Real”da oynamağa layiqdir

İtaliya millisinin və “İnter”in sabiq futbolçusu Fabio Kannavaro “neradzurri”nin hücumçusu Lautaro Martinesin səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

“Lautaronun səviyyəsinə şübhə etmək olmaz. O, titul və Amerika kubokunu qazandı, həmişə kluba dəyər gətirir. Ümid edirəm ki, Seriya A və “İnter” onu heç vaxt itirməyəcək. “Mançester Siti” və ya “Real Madrid”də oynaya biləcək A Seriyası oyunçuları haqqında düşünəndə yadıma Lautaro düşür, başqa heç kim”, – Kannavaro “La Gazzetta dello Sport”a bildirib.

Nüfuzlu “Transfermarkt” internet portalı argentinalı forvardın bazar dəyərini 110 milyon avro qiymətləndirir.

Aut.az