Dünya futbolu

“Qarabağ”ın rəqibi daha bir transferi rəsmiləşdirdi

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Olimpiakos” daha bir transferi rəsmiləşdirib. Gözlənildiyi kimi, Serjio Oliveyra yunan klubuna keçib.

Aut.az xəbər verir ki, “Qalatasaray”ın vidalaşdığı portuqaliyalı 2 illik müqavilə bağlayıb. 32 yaşlı portuqaliyalı 2019-cu ildə bu ölkənin digər klubu PAOK-da 6 ay icarədə olmuşdu.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində son oyununu Yunanıstanda keçirəcək.